-

Avtovağzal Kompleksində gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır

Bakı Beynəlxalq Avtovağzal Kompleksində koronovirus (Covid-19)infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.

Gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır.

Son 10 gündə 2 min 628 reyslə 60 min 270 sərnişin avtovağzaldan yola salınıb.

175 reyslə 3 min 455 sərnişin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib.

Ən çox sərnişin 3 mart tarixində müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, Qırmızı Körpü, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyyə olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !