Gənclər arasında Breyn rinq intellektual yarışı üzrə açıq rayon Çempionatı - FOTO=18 (AZpress.AZ-Əlihüseyn Şükürov)

Gənclər arasında “Breyn rinq ” intellektual yarışı üzrə açıq rayon Çempionatı FOTO=18 (AZpress.AZ-Əlihüseyn Şükürov)

“Masallı Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq gənclər arasında  “Breyn rinq  ”  intellektual yarışı   üzrə  açıq rayon Çempionatı   keçirilmişdir

 

27 fevral 2020-ci il tarixdə ASAN İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Masallı Gənclər Paytaxtı ” seçilməsi ilə əlaqədar olaraq gənclər arasında “Breyn rinq ” intellektual yarışı üzrə Masallı rayon açıq Çempionatı keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək tədbir iştrakşılarını və qonaqları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin rayonumuzda icra olunması istiqamətində qarşıda duran vəzifələrdən və görüləcək işlərdən danışmış, 2020-ci ildə Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq bu səpkidə tədbirlərin bundan sonrada keçiriləcəyini vurğuladı.Tədbirlərin əsas məqsədi isə gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, gənclər arsanda dostluq əlaqələrinin möhkəmləndirilməsi və gənclərlə işin daha da canlandırılması olduğunu diqqətə çatdırdı.
Yarışda Masallı rayon gəncləri ilə yanaşı Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Biləsuvar şəhər və rayonlarından olan gənclər də öz intellektual biliklərini nümaiş etdirmişlər.
Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Masallı rayon gənclərindən ibarət “Carpe Diem” komandası, II və III yerləri isə Lənkəran şəhərinin gənclərdən ibarət “Atom” və “Nilado” komandaları layiq görülmüşlər.
Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsin tərəfindən kubok və diplomlarla mükafatlandırılmışdır.
Əlihüseyn Şükürov.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !