Novruz bayramı ilə əlaqədar - Gömrük Komitəsinin məlumatı

Novruz bayramı ilə əlaqədar Gömrük Komitəsinin məlumatı

 Dövlət Gömrük Komitəsi Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
 
 
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən
malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin
sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna
daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən
etibarən gücləndirilmiş iş rejimində 7/24 fəaliyyət göstərəcək.
Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının
xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini
həyata keçirə bilər.
Xarici ticarət iştirakçılarına hökumət ödəniş portalının xidmətindən istifadə etməklə,
7/24 fəaliyyət göstərən müvəkkil banklar və “Paşa Bank” pos-terminalları vasitəsilə
ödənilməli olan vergi və rüsumların vaxtında dövlət büdcəsinə köçürülməsi tövsiyə
olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !