Qubada qızlar tennis yarışında qüvvəsini sınayıb - +FOTO=13

Qubada qızlar tennis yarışında qüvvəsini sınayıb +FOTO=13

 Quba rayonu Məckə-Xacə kənd tam orta məktəbinin idman zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil Şöbəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkiltçılığı ilə gənc qızlar arasında stolüstü tennis turniri keçirilib.
Azərbaycan Gənclər Fondunun qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Gənclik spartakiadası” adlı layihə çərçivəsində keçirilən yarışın açılış mərasimində çıxış edən layihə rəhbəri Aytac Əhmədova bildirib ki, layihənin əsas məqsədi regionda yaşayan gənc qızların idmama marağının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.
Rəsmi hissə başa çatdıqdan sonra Rustov, Məckə-Xacə, Püstəqasım, Qam-qam, Səbətlər kəndlərində yaşayan gənclərdən ibarət 5 komanda tərkibində 20 nəfər gənc qızın iştirakı ilə turnirə start verilib.
Yekunda Püstəqasım kəndini təmsil edən qızlardan ibarət komanda turnirin qalibi adını qazanıb. Məckə-Xacə məktəbində təhsil alan qızların birləşdiyi komanda ikinci, Səbətlər kənd təmsilçiləri isə üçüncü mükafata sahib olub.
Şəxsi birincilikdə isə Püstəqasım kəndinin tennisçisi Günay Nəzirova bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Səbətlər kəndinin təmsilçisi Fatimə Fətullayeva gümüş, daha bir Püstəqasım tennisçisi Arzu Paşayeva isə bürünc medal qazanıb.
Mükafatlandırma mərasimində qaliblər layihə çərçivəsində hazırlanmış medal, diplom və bukletlərlə təltif olunublar.
Qeyd edək ki, layihə çərçivəsində Qubada yaşayan və təhsil alan gənc qızların iştirakı ilə voleybol yarışları da keçiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !