Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb - - VİDEO+FOTO=6

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb - VİDEO+FOTO=6

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi başlayıb.
İkitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərindən istifadə etməklə idarəetmənin bir məntəqədən digərinə ötürülməsi, mübadilə axınından səmərəli istifadənin məşqi həyata keçirilir. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılır.
Təlimdə əsas diqqət düşmənin qəfil hücumunun qarşısının alınması və
təxribat-diversiya qruplarının məhv edilməsi zamanı qoşunlar arasında qarşılıqlı fəaliyyətlərin idarə olunmasında qərargahların və zabitlərin peşəkarlığının artırılmasına yönəldilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !