Erməni general: Xocalıları belə öldürdüm - - VİDEO

Erməni general: Xocalıları belə öldürdüm - VİDEO

Sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcənəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb.
Axar.az xəbər verir ki, arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb.
Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən özünün də bu gülləbaranda iştirak etməsi barədə bir neçə dəfə etiraf edib.
Mətbuat konfranslarından birində general Balasanyan Xocalıda törətdiyi cinayətləri boynuna alır:
“Həmin hadisələrin təşkilatçısı və icraçılarından biri mən olmuşam. İnsanlara güllə də atmışam. O vaxt bununla bağlı təhqiqat işi də açılmışdı. Xüsusi qrup da gəlmişdi”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !