Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların müşahidəsi və tədqiqatı həyata keçirilir - +FOTO=2

Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların müşahidəsi və tədqiqatı həyata keçirilir +FOTO=2

 AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, parlaq ulduzlarının müşahidəsi və tədqiqatı da həyata keçirilir.
Rəsədxanada ulduzların tədqiqatı sahəsində AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə birgə cari ilin yay-payız mövsümündə geniş şəkildə müşahidələrin aparılması nəzərdə tutulub.
Hazırda tədqiq edilməsi planlaşdırılan parlaq ulduzlar seçilib və onaların müşahidə olunması üçün haliyədə nəzəri və metodik üsullar işlənib hazırlanır.
Müşahidələrin aparılmasında və tədqiqat işlərinin yerinə yetirilməsində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı, həm də Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən TERSKOL Rəsədxanasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !