Səsimizdən Qüvvətli Sözümüz Regional Natiqlik Forumu yekunlaşıb - +FOTO=5

“Səsimizdən Qüvvətli Sözümüz Regional Natiqlik Forumu” yekunlaşıb +FOTO=5

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə Şirvan, Hacıqabul, Sabirabad və Saatlıda rayonlarını əhatə edən “Səsimizdən Qüvvətli Sözümüz Regional Natiqlik Forumu” yekunlaşıb.
Layihə çərçivəsində ümumilikdə 4 müxtəlif auditoriya üzrə 250-dən çox gənci əhatə edən təlimlər keçirilib. Təlimləri tamamlayan gənclərdən formalaşan 11 komanda tərkibində ümumilikdə 33 gəncin iştirak etdiyi «Gənclərin karyera imkanları qazanmasında könüllülük ən əsas faktordur» mövzulu debat forumu baş tutub baş tutub. Keçirilən qrup oyunlarının yekununda daha uğurla çıxış edən ”Qarabağ” və “Beeg Boss” komandası finala vəsiqə qazanıb. Final mərhələsində baş tutan debat yarışının nəticələrinə əsasən “Beeg Boss” komandası debat formunun qalibi olub.
Debat Forumunun “Final, Bağlanış və Mükafatlandırma” mərasimində həmçinin forumun ən yaxşı 10 natiqi olan İsmayılov Araz , İbrahimova Günel , Məmmədov Sahil, Yusifova Fidan, Ağayev Əmrah, Cəfərova Mədinə, Hüseynova Zeynəb, Cabbarova Asiman, Şahhüseynov Xızır, Məmmədli Aytac mükafatlandırılıb.
Tədbirin sonunda qalib və finalçı komanda, ən yaxşı natiqlər və layihə iştirakçıları hədiyyə və sertifikatla təltif edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !