Kosmetik məhsulları avtomobildə gizlədərək keçirməyə cəhd etdi -

Kosmetik məhsulları avtomobildə gizlədərək keçirməyə cəhd etdi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Fusion" markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda vəsalonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !