Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib -

Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib

2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır. Bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !