Vətəndaşların elektron sistem vasitəsilə kirayə mənzilseçimi davam edir -

Vətəndaşların elektron sistem vasitəsilə kirayə mənzilseçimi davam edir

  İpoteka və Kredit Zəmanət Fondunun (Fond) kirayə mənzil mexanizmi üzrə vətəndaşların elektron sistem vasitəsilə mənzil seçimi prosesi davam edir. Artıq Fondun razılıq barədə qərarını əldə edən 150 vətəndaşdan 56-sıonlara təyin olunan maksimal aylıq ödəniş məbləğinə uyğun olaraq mənzil seçimi edib. 

Fond tərəfindən EİKZS vasitəsilə kirayə mənzil modulu üzrə elektron müraciətlərin qəbulu prosesi də davam etdirilir. Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı aşağıdakı kimidir:

 

EİKZS-də elektron kabinet yaradanlar

8236

Müraciət formalaşdıranlar

7408

Müraciət göndərənlər

5769

Sənəd təqdim edənlər

292

Razılıq qərarı alanlar

150

Razılıq verilməsindən imtina olunanlar

1

Mənzil seçimi edənlər

56

 

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

 

Eyni zamanda, vətəndaşlar  Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !