Mübariz Natiqlər layihəsi yekunlaşıb - +FOTO=5

“Mübariz Natiqlər” layihəsi yekunlaşıb +FOTO=5

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə Biləsuvar rayonunu əhatə edən “Mübariz Natiqlər” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində ümumilikdə 3 müxtəlif auditoriya üzrə 200-dən gənci əhatə edən təlimlər keçirilib. Təlimləri tamamlayan gənclərdən formalaşan 16 komandadan 50-dən çox gəncin iştirak etdiyi «Gənclərin karyera imkanları qazanmasında könüllülük ən əsas faktordur» mövzulu debat forumu baş tutub baş tutub. Keçirilən qrup oyunlarının yekununda daha uğurla çıxış edən Biləsuvar rayon 4 nömrəli tam orta məktəbin “Nar” və Milli Qəhrəman Mübariz İbrahimov adına Liseyin “Mübariz liseyi” komandası finala vəsiqə qazanıb. Final mərhələsində baş tutan debat yarışının nəticələrinə əsasən “Mübariz liseyi” komandası debat formunun qalibi olub.
Biləsuvar Heydər Əliyev Mərkəzində layihə çərçivəsində reallaşan Debat Forumunun “Final, Bağlanış və Mükafatlandırma” mərasimində həmçinin forumun ən yaxşı 10 natiqi olan Nuriyeva Aysun, Məmmədova Fatimə, Kamilova Gülnar, Səfərli Aysu, Abdullazadə Murad, Həsənzadə Murad, Şahbazlı Leyla, Həsənli Emin, Məmmədli Nərmin, Quliyev Samir mükafatlandırılıb.
Tədbirin sonunda qalib və finalçı komanda, ən yaxşı natiqlər və layihə iştirakçıları hədiyyə və sertifikatla təltif edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !