Xalq artistindən Mübariz Mənsimovla bağlı MÜRACİƏT - Görün NƏLƏR DEDİ -

Xalq artistindən Mübariz Mənsimovla bağlı MÜRACİƏT - Görün NƏLƏR DEDİ

“Əziz dostlar, hər zaman Unu Öndərimiz - dövlətçiliyimizi, ölkəmizi, sadə vətəndaşlarımızı dəstəkləyən Azərbaycan oğludur! Onsuz da hakimiyyətimiz bacardıqca ona dəstək olacaq. Lakin mənə maraqlıdır ki, türk dövlətində Mübarizlə çörək kəsən, hər balaca olay üçün səsini yüksəldən sənətçilər indi nədən susurlar? Öz dövlət başçılarına niyə müraciət etmədilər? Sibel Can, Demet Akalin, Gülşən və s”.
Bu sözləri Xalq artisti Brilliant Dadaşova “Palmali Group” şirkətinin təsisçisi, FETÖ istintaqı çərçivəsində saxlanılan iş adamı Mübariz Məsimov haqqında danışarkən deyib.
Mübariz Məsimovla fotosunu paylaşan sənətçi sosial şəbəkədə müraciət ünvanlayıb.
Xatırladaq ki, Türkiyədə, İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Azərbaycanlı iş adamı Mübariz Mənsimov saxlanılıb. Məlumata görə, İstanbul maliyyə cinayətləri ilə mübarizə idarəsi iş adamının ofislərində axtarışlar aparır. publika.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !