Gülağa Tənha - İlaxır çərşənbəsi "Vətənim" ilk dəfə

Gülağa Tənha İlaxır çərşənbəsi "Vətənim" ilk dəfə

Bu gün Vətənimizin ilaxır çərşənbəsidir. Buna torpağın oyandığı gün də deyirlər. Sanki, təbiət gözlərini açıb Günəşi salamlayır, otlar, ağaclar, güllər qış boyu canına çəkdiyi yağış sularını ilk qurtumunu edib, "Bismilləh" deyir. Allahdan dua edərək diləyirik ki, bu ildən Vətənimizin hər bir vətəndaşı üçün uğurlu, sağlıqlı, xeyirli və ruzili - bərəkətli olsun!

Azpress.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın sözlərinə hazırlanmış "Vətənim" adlı kompazisiyanı (yeni klip) və "Allah deyə - deyə" şeirini təqdim edərək Azərbaycan xalqını təbrik edir!

Klip vdeo linkdə: https://www.youtube.com/watch?v=WGx3HK5Yv3g 

söz: Gülağa Tənha
musiqi: Ruslan Səfəroğlu

ifa: Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları

 

ALLAH DEYƏ-DEYƏ
Yunus Əmrəyə

Bu dünyanın dənizləri
coşar Allah deyə-deyə.
Dəli çaylar gecə-gündüz
axar Allah deyə-deyə.
Səhralarda əsər külək,
Çəmənlərdə açar çiçək,
Alışıban göydə şimşək
çaxar Allah deyə-deyə.
Günəş bəzər dörd bir yanı,
Dağı, çölü, biyabanı,
Öz nuruyla bu dünyanı,
qucar Allah deyə-deyə.
Təslim olma sən tamaha,
Batma bir suça, günaha.
Ürəklər uca dərgaha
uçar Allah deyə-deyə...

Gülağa Tənha (Qənbərov)15 mart, 2005

 


 Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #klip #el #Vətən #bayram #novruz

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !