Metroda kitab oxu adlı sosial aksiya - +FOTO=7

“Metroda kitab oxu” adlı sosial aksiya +FOTO=7

 Sabunçu Gənclər Evi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Metroda kitab oxu” adlı sosial aksiya keçirilib. Aksiya “2020 - könüllülər ili” ilə əlaqədar olaraq Sabunçu Gənclər Evinin könüllülərinin iştirakı ilə keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində keçirilən zamanın səmərəli dəyərləndirilməsi üçün gənclərin timsalında hər bir kəsi kitab oxumağa cəlb etmək olub. “Metroda kitab oxu” adlı sosial aksiya çərçivəsində Metropoliten daxilində - qatar və vaqonlarda, metro stansiyalarda, yeraltı metro keçidlərində Sabunçu Gənclər Evinin könüllüləri sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıb.
Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !