Bir qaşıq için, öskürəyiniz bir anda kəsəcək -

Bir qaşıq için, öskürəyiniz bir anda kəsəcək

Türk mətbuatı evdə öskürək siropu resepti təqdim edir. Evinizdə təbii və üzvi maddələrlə rahatlamağı təmin edən bitki mənşəli öskürək siropu hazırlaya bilərsiniz
Tərkibi:
1 ədəd soğan
1 ədəd limon
1 stəkan qaynadılmış və soyudulmuş su
5 xörək qaşığı bal
1 mixək
1 diş sarımsaq
1 çay qaşığı darçın
2 çay qaşığı zəncəfil
Hazırlanması:
Soğan və sarımsağı doğrayın və bir bankaya qoyun. Üstünə 1 stəkan su əlavə edin, bankanı örtün və soğan suyunu buraxması üçün 1-2 saat gözləyin.
Bankadakı ərzaqları yaxşıca qarışdırın və süzgəclə süzün. Bankadakı suya bal və 1 limon suyu əlavə edin. Zəncəfil və darçın əlavə edib qarışdırın. Öskürək şərbətiniz hazırdır.
İstifadəsi:
Öskürək meydana gəldikdə, uşaqlara hazırladığınız şərbətdən gündə 1 çay qaşığı, böyüklər üçün isə 1 xörək qaşığı verə bilərsiniz. saqlamheyat.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !