Cavadxan Qasımov: - NAXÇIVAN MUXTAR RESPUBLİKASI MÜQAVİMƏTLİLİYƏ VƏ DAYANIQLLIĞA MALİK İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

Cavadxan Qasımov: NAXÇIVAN MUXTAR RESPUBLİKASI MÜQAVİMƏTLİLİYƏ VƏ DAYANIQLLIĞA MALİK İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ

Böyük dövlətçilik təcrübəsi əsasında Naxçıvan Muxtar Respublikası Azərbaycan dövlətinin müasir müstəqllik illərində davamlı iqtisadi inkişaf üzrə müəyyən etdiyi islahatlarının reallaşmasına xidmət etməkdədir. Sosiallaşma proseslərinin stimullaşdırıcı mexanizmlərlə gedişi, qeyri-neft sektorunun çəkisinin artması, özəl bölmənin dayaqlarının gücləndirilməsi və bu kimi uzunmüddətli hədəflərin reallaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi muxtar respublikanın mövcud potensialının daha da artırılmasına yol açmaqdadır. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin məhz Naxçıvan Muxtar Respublikasından başlatdığı iqtisadi islahatlar bu sahədəki tədbirlərin uğurlu nəticələri üçün möhkəm dinamika yaratmış oldu. Bu dövrdən başlayan islahatlar:

- bazar münasibətlərinin və qanunlarının hakim olduğu iqtisadiyyat üçün səmərəli şəraitin əsaslarını müəyyənləşdirmiş oldu;

- sonrakı dövrlər üzrə sosial və iqtisadi sahələr üzrə kəsintisiz və ardıcıl perspektivlər yaratdı;

- iqtisadiyyatın çoxşaxəliliyinə stimul verən mexanzimlərin səmərəliliyini təmin etdi;

- regional səviyyədə güclü potensialın yaranması üçün məhsuldar zəminə çevrildi;

- makroiqtisadi səviyyədə dinamik inkişafa təkan verdi və s.

Təbii ki, muxtar respublikanın sadalananlar fonunda davamlı inkişaf yolunda qətiyyətli addımlar atması onun bu günə qədər qarşıya qoyduğu məqsəd və hədəflərin reallaşmasının ifadəsidir. Həyata keçirilən hüquqi tənzimləmələr, onun iqtisadi proseslərlə düzgün əlaqələndirilməsi, iqtisadiyyatın sahə strukturunun

təşkilatlanması fonunda daha etibarlı nəticələrin əldə olunmasını reallaşdırmaqda idi. Bu isə, özünü sosial-iqtisadi inkişaf göstəricilərinin artan dinamikasında göstərməkdədir. İstər regional inkişaf proqramları, istər iqtisadiyyatın müxtəlif sahələri üzrə təsdiq olunan hüquqi mexanzimlər, istərsə də qəbul olunan qərarlar sözügedən sahələr üzrə dayanıqlılığı daha da artırmış olurdu ki, bu da özünü əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun (ÜDM) həcmində göstərirdi.

 

 

Bir-birini əvəz edən illərin yüksələn inkişaf xronikasına diqqət etdikdə aydın olur ki, təkcə regional inkişaf proqramlarının da icrası müddətində keçilən mərhələlər üzrə əldə olunan nəticələr qeyd olunanları təsdiq etməkdədir. Hesablama aparmaqla qeyd edə bilərik ki, muxtar respublikada 2014-2020-ci illərin yanvar-fevral ayları üzrə ÜDM-nin həcmində olan artım 1,2 dəfədən çox təşkil etmişdir. Digər tərəfdən, 2020-ci ilin ilk iki ayı ərzində istehsal olunan ÜDM-nin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Artıq yeni yüzilliyin 20-ci inkişaf ilinin nəticələrini qürur hissi ilə qarşılayırıq. Bu dövr muxtar respublikada və ölkədə keyfiyyətcə yeni mərhələnin dayaqlarının daha da möhkəmlənməsi ilə yadda qalmaqdadır. Makroiqtisadi potensialın artması öz növbəsində iqtisadiyyatın sosiallaşması və yüksək rifah göstəricilərinin təşəkkülü

fonunda daha da əlamətdar olmuşdur. Nəzərə alsaq ki, dövlətimizin sosial-iqtisadi sahədəki siyasətinin əsas mahiyyətini insanların firəvan yaşayışının təmin olunması, onların sağlamlığı və təhlükəsizliyi məsələlərindən ibarət strateji məqsədlər təşkil etməkdədir, onda əldə olunan nəticələr bu məqsədlərin qətiyyətlə reallaşdığını sübut edir. Daha doğrusu, makroiqtisadi inkişafın nəticələrindən cəmiyyət üzvlərinin artan göstəricilər əsasında yararlana bilməsi həmin tədbirlərin yüksələn səmərəsini ortaya qoymaqdadır. İstinad olunan illər üzrə Naxçıvan Muxtar Respublikasında hər bir nəfərə düşən ÜDM-nin həcmi haqqında məlumatlar bunu göstərir.

Şəkil 2

 

 

Göründüyü kimi, muxtar respublikada iqtisadi inkişafın və sosial dayanıqlığın təmin olunması üçün zəruri olan tədbirlər həyata keçirilməkdədir və bu, davamlı xarakterə malikdir. Bütün bunlar, özünün yüksələn xətt üzrə davamlılığı ilə bir tərəfdən mövcud potensialın qorunması sahəsindəki zəruri tədbirləri ifadə edirsə, bir tərəfdən makroiqtisadi siyasətin səmərəli təşkilində və idarə olunmasında əmək ehtiyatlarından məqsədyönlü və səmərəli istifadəni göstərirsə, digər tərəfdən də, milli iqtisadiyyat üzrə perspektivlərin dürüst reallaşdırıldığına imkan verir. Bütün

hallarda isə, bu, iqtisadiyyatın müqavimətliliyini və müəyyən olunan prioritetlərə doğru əlçatanlığını göstərir.

Naxçıvan Muxtar Respublikasında iqtisadi proseslərin düzgün təşkili əsas və aparıcı sahələrdən biri olan sənayenin də dinamik artımını təmin etməkdədir. Ölkəmizdə sənayeləşmə proseslərinin səmərəliliyi, regionlarda Sənaye Parkları və məhəllələrinin yaradılması, kiçik və orta sahibkarlıq təşəbbüslərinin məhsuldar nəticələrlə müşayiət olunması, digər sahələrin də sistemli inkişafına imkan verməkdədir. Bu isə, regionlarda istehsal (iqtisadi) münasibətlərinin səmərəliliyinə hərəkətverici təsir olaraq önəm qazanmaqdadır. Sənayenin inkişafı sahəsində əldə olunan göstəricilər Naxçıvan Muxtar Respublikasının da makroiqtisadi potensialına yeni güc qatmaqdadır.

 Şəkil 3

 

 

Şəklin məlumatları göstərir ki, muxtar respublikada sosial-iqtisadi inkişaf dinamikdir, perspektivlidir və qarşıya qoyulmuş hədəfləri əlçatan etməkdədir. Və elə 2014-2020-ci illərin yanvar-fevral ayları üzrə sənaye məhsulu həcminin 1,2 dəfə artması da bunu göstərir. Digər tərəfdən, bu dinamika, muxtar respublikanın ölkə

iqtisadiyyatının uzunmüddətli prioritetlərin reallaşması sahəsindəki tədbirlərini addımbaaddım izlədiyini ifadə etməkdədir.

Təbii ki, sənayenin artan göstəricilər əsasında təşəkkülü iqtisadiyyatın digər mühüm sahəsi olan kənd təsərrüfatının da perspektivliliyinin ifadəsidir. Qeyd edək ki, artıq muxtar respublikanın bütün rayon və kəndlərində etibarlı istehsal mühitinin güclü təsisatları yaradılmışdır ki, bu da, öz növbəsində müvafiq sahə üzrə məhsul çoxnövlülüyünün təmin olunmasına imkan vermişdir. Yerli məhsulların istehsalı, daxili bazarın qorunması, artan təlabatların etibarlı təminatı, məhsul təhlükəsizliyinin gücləndirilməsi, idxalın məhdudlaşdırılması və ixrac məhsullarının stimullaşdırılması kimi vacib və prioritet amillər məhz bu sahədəki sistemli tədbirlərin tərkib hissəsidir.

 

Şəkil 4

 

 

Şəklin məlumatlarından aydın olur ki, müvafiq illərin ilk iki ayı ərzində muxtar respublikada kənd təsərrüfatı məhsulları 1,3 dəfədən çox artmışdır. Bu, həm də, kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tənzimləmə tədbirlərinin

istehsal və məşğulluq hədəflərinin reallaşması üçün əlverişli zəmin yaratdını göstərir.

Geridə qalan illərin sosial-iqtisadi inkişafından ibarət göstəricilər özünün etibarlılığı ilə yenicə keçid etdiyimiz 2020-ci ilin ilk iki ayında da perspektivli başlanğıca çevrildi və bu, iqtisadiyyatın sosialyönümlülüyünün artmasına zəmin yaratdı. Müvafiq dövr üzrə göstəricilərin təhlili göstərir ki, muxtar respublikada iqtisadi proseslərin düzgün istiqamətləndirilməsi əhalinin alıcılıq qabiliyyətinin gücləndirilməsi fonunda daha da əlamətdar olmuşdur. Məhz elə milli iqtisadiyyat üzrə davam etdirilən islahatlar dövlətin iqtisadi siyasətində insan amilinin daim aktual olduğunu bir daha göstərməkdədir. Ən ucqar dağ kəndlərində belə təmin olunan infrastruktur potensialı insan amilinə xidmət etməklə, onun istehsalçı, istehlakçı olmaq etibarı ilə bazar qanunlarının inkişafı sahəsindəki fəaliyyətinə işıq salmaqdadır. Nəticədə isə, təmin olunan səmərəli iqtisadi fəaliyyət mühiti insanların gəlirlilik səviyyəsinin yüksəldilməsinə səbəb olmaqdadır.

Şəkil 5

 

 

Buradan da göründüyü kimi, muxtar respublikada iqtisadiyyatın sosiallaşma prosesləri əhalinin maddi rifah halının daha da yaxşılaşmasına həm xidmət etmiş, həm də onu sürətləndirmişdir. 2014-2020-ci illərin yanvar-fevral ayları üzrə bir işçiyə hesablanmış orta aylıq əmək haqqı səviyyəsinin 1,4 dəfəyə yaxın artması da bunu göstərməkdədir.

Beləliklə, Naxçıvan Muxtar Respublikası ölkənin qarşıdakı dövrlər üzrə sosial və iqtisadi sahələr müəyyən etdiyi hədəflərə doğru daha böyük inamla irəliləməkdədir. Çoxşaxəlilik, davamlılıq, sosialyönümlülük, təminatqabiliyyətlilik, uzunmüddətli inkişaf və digər bu kimi anlayışlar muxtar respublikanın iqtisadi inkişafının və sosial dayanıqlığının ən gerçək ifadəsinə çevrilmişdir. Təbii ki, belə bir potensial isə onu daha da etibarlı etməkdədir.

Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !