Bakıdan bölgələrə xüsusi qrafiklə avtobus reysləri olacaq -

Bakıdan bölgələrə xüsusi qrafiklə avtobus reysləri olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.

Reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə yaza bilərsiniz.
Qeyd: Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !