III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il -

III “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il

 III ANİMAFİLM FESTİVALINDA UŞAQ MÜNSİFLƏR HEYƏTİNƏ ÜZVLƏR
SEÇİMİ QAYDALARI

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi bu il oktyabr ayında
Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq.
Uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru,
Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirəcək.
14-18 oktyabr 2020-ci il tarixdə keçiriləcək tədbir beş gün ərzində uşaqlar və
böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki
festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan
İkinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2019) davamıdır.
Təşkilatçılar bu ilki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun
şərtlərini elan edir. Belə ki, „Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya
filmi (10 dəqiqəyə qədər)” və „Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı
qısametrajlı animasiya filmi (5 dəqiqəyə qədər)“
müsabiqəsinin qaliblərini 5-10
nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Bunun üçün aşağıdakılar
tələb olunur:
1. Yaş məhdudiyyəti: 7-17 yaş;
2. Azərbaycan dilində sərbəst danışmalıdır. Festival beynəlxalq səviyyəli olduğu
üçün uşaqların ingilis dili bilməsi arzuolunandır, amma şərt deyil.
3. Uşağın motivasiya məktubu. Məktub bu mövzuları ehtiva etməlidir:
o Motivasiya məktubunun başlanğıcında özü haqqında qısa məlumat;
o Animasiya filmlərinə diqqətinin səbəbi;
o Ən çox sevdiyi animasiya filmi;
o Janr baxımından ən çox baxdığı animasiya filmləri;
o ANİMAFİLM festivalının uşaq münsif heyətində iştirak etmək istəyinin
səbəbi;
o Münsif qismində əsaslanacağı meyarlar;
o ANİMAFİLM festivalı haqqında bildikləri.
4. Məktuba bunlar əlavə olunmalıdır:
o Hər hansı bir animasiya filminə dair esse (şrift Arial, ölçüsü 12,
sətirlərarası məsafə 1.15, 1 səhifəyə qədər);
o Uşağın bir ədəd rəngli fotoşəkli (ölçü 3x4);
o Valideynlər tərəfindən imzalanmış icazə forması
(formanı BURDAN yükləmək olar).
5. Müraciətlər 15 may, 2020-ci il tarixinədək animafilm.biaf@gmail.com e-poçt
ünvanına göndərilməlidir.
Nəticələr 31 mayda açıqlanacaq.
3-cü ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !