Nəsrin çəkilişlərin dayandırılmasını tələb edir - -FOTO=2

Nəsrin çəkilişlərin dayandırılmasını tələb edir -FOTO=2

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial media paylaşımı ilə diqqət çəkib.
Hazırda “Yasak elma” serialında rol alan sənətçi çəkilişlərin dayandırılmasını istəyib.
O, paylaşımında bu sözləri yazıb:
“Ən az 14 günlük karantin bu bənzərsiz gözəllikdəki vətənimizə borcumuzdur. Çəkiliş meydançaları çox tünlükdür və tez-tez məkan dəyişilir. Heç kimin sağlamlığını təhlükəyə atmağa haqqımız yoxdur. İzləyicilərimizin bir neçə həftə təkrar və kollaj bölüm seyr edərək bizi daha az sevəcəyinə inanmıram.
Gələcəkdə hər şeyin daha da gözəl olması üçün bütün kanalları, prodüser şirkətlərini və reklam verənləri bu vətən borcunu yerinə yetirməyə dəvət edirəm. Bu ölkə hər şeyin ən gözəlinə layiqdir. Sonsuz sevgilərimlə”.
Qeyd edək ki, Türkiyədə 191 nəfər koronavirusa yoluxub. axşam.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !