Hərbi aşpaz hazırlığı kursu başa çatıb - VİDEO+FOTO=3

“Hərbi aşpaz hazırlığı” kursu başa çatıb VİDEO+FOTO=3

 Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.
Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !