Xüsusi xəstəxanadan qaçan şəxs polis tərəfindən saxlanılıb – DİN-dən - AÇIQLAMA

“Xüsusi xəstəxanadan qaçan şəxs polis tərəfindən saxlanılıb” – DİN-dən AÇIQLAMA

 Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda təəsüflə qeyd olunub ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir:
"Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilmişdir. Lakin o həkim olmasına baxmayaraq müxtəlif bəhanələrlə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənmişdir. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilmiş və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilmişdir. Bununla yanaşı, onun ailə üzvləri və sıx təməsda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil verilmişlər". "Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq ciddi tədbirləri görüləcəkdir",-deyə rəsmi məlumatda bildirirlib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !