Elmi əsərlər jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb -

“Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb

 AMEA-nın Naxçıvan Bölməsinin ildə dörd dəfə çap olunan “Elmi əsərlər” jurnalının bu ilə olan ilk sayı işıq üzü görüb.
İctimai və humanitar elmlər seriyasını əhatə edən nəşrdə Tarix və siyasət, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Ədəbiyyat və Folklor, İncəsənət, İqtisadiyyat adlı bölmələrdə 45 müəllifin elmin müxtəlif sahələrində apardığı tədqiqatların nəticələri işıqlandırılıb.
Jurnalda “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində (1995-2020-ci illər), “Azərbaycanın ilk hərbiçi qadınları mixi yazılarda”, “Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı arxiv sənədlərində (1918-1920-ci illər)”, “Naxçıvanın Erkən və Orta Eneolit dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərqlə əlaqələri”, “Naxçıvan dialekt və şivələrinin öyrənilməsi məsələləri”, “Oğuznamələrdə tarixi-mifoloji mənəvi irs”, “Qədim Naxçıvanda dekorativ-tətbiqi sənətlərin təşəkkülü” və digər mövzularda məqalələr yer alıb.
Nəşrin Yubileylər bölməsində, həmçinin AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 70 illik yubileyilə əlaqədar “Görkəmli türkoloq alim və pedaqoq” adlı yazı dərc olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !