ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər -

ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər

ASAN könüllüləri 16 mart 2020-ci il tarixindən etibarən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Heydər Əliyev Beynəlxalq Hava Limanında vətəndaşlarımıza xidmət göstərirlər.

Belə ki, onlar xaricdən gələn vətəndaşlarımızın qarşılanması, axının tənzimlənməsi, məlumatladırma, tibbi ehtiyaclar ( su, əlcək, maska) ilə təmin olunma və s. kimi işləri görürlər.

Könüllülər zəruri tibbi mühafizə geyimləri və vasitələri ilə təmin olunublar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !