Öskürəndə və ya asqıranda otaqdan çıxmaq lazımdırmı? - -FOTO

Öskürəndə və ya asqıranda otaqdan çıxmaq lazımdırmı? -FOTO

"Əgər öskürəcəksənsə, lütfən, otaqdan çıx. Mən danışanda öskürə bilməzsən. Bundan xoşum gəlmir". ABŞ prezidenti Donald Trump Oval kabinetdəki bir iclas zamanı öskürməyə başlamış Ağ Ev administrasiyasının rəhbəri Mick Mulvaney-ə belə deyib.
Donald Trump-ın bu sözlərinə sosial şəbəkələrdə #MulvaneyÖksürüyü etiketiylə fərqli reaksiyalar verilib. Bəziləri Trump-u dəstəkləyib, bəzilərisə onun çox köntöy prezident olduğunu yazıb.
Ola bilsin, Trump təmizlik aşiqidir. Bu məsələlərdə həssasiyyət göstərən təkcə o deyil. İnsanların çoxu hesab edir ki, öskürəndə və ya asqıranda ağzı qapatmaq lazımdır.
Bəs, başqalarının yanında asqırmağın və ya öskürməyin ən rahat üsulu hansıdır?
Washington-dakı Etiket İnstitutunun direktoru Crystal L. Bailey deyir ki, "Asqırmaq və ya öskürmək məcburiyyətində qalanda ətrafınızdakılardan uzaqlaşmağınız yaxşı olar. Əvvəllər adi dəsmaldan istifadə edirdik, indi ağzınızı kağız dəsmalla və ya dirsək büküyünüzlə də qapada bilərsiz. Ancaq başınızı yanınızdakılardan çevirməlisiz".
Hərçənd kinoda, yaxud da teatrda öskürmək və ya asqırmaq problemiylə üzləşəndə ən yaxşısı salonu tərk etməkdir.
Uşaqlara vurulan bir neçə peyvənd bir inyeksiya ilə əvəzlənə bilər
Ağ dişlər heç də sağlamlıq əlaməti sayılmır
Nə yeyirsənsə, osan? Bununla razısınızmı?
"Saqqız üsulu"

Crystal L.Bailey qeyd edir ki, xəstə olanda insanlara əl uzadıb görüşməmək də yaxşı fikirdir.
Bu qaydaları pozanlara qarşı Bailey "saqqız üsulu"nu tətbiq etməyi məsləhət görür:
"Kağız dəsmal uzadaraq və ya dezinfeksiya vasitəsindən istifadə edərək asqıran adama siqnal verə bilərsiz. Bu, ağzından iy gələn birinə saqqız təklif etmək kimi bir şeydir".
Tibbi səbəblər
George Washington Universitetindən Dr. Tenagne Haile-Mariam deyir ki, yoluxmanın qarşısını almaq üçün birdəfəlik vasitələrin içinə asqırmaq daha yaxşıdır:
"Ən yaxşısı dəsmal kimi bir şeyin içinə asqırmaq və ya öskürmək, sonra da onu atmaqdır".
Xəstə insanın bədəninə aid mayelərlə təmas xəsətəliyə yoluxmanın ən yayğın yoludur.
Xəstə biri yanınıza gəlib burnuna, ya da üzünə toxunduqdan sonra artıq müdafiəsiz vəziyyətdəsiz.
Virus kimi kiçik hissəciklər asqırıq və ya öskürək zamanı 1,8 metr məsafəyə qədər yayıla bilir.
Daha böyük damlacıqlar 1 metrdən uzağa getmir. Ancaq kimsə əlinə və ya boşluğa öskürəndə bu hissəciklər başqalarının dəyə biləcəyi yerlərə enir.
Dr. Haile-Mariam xəstəlik yaratmaq üçün bakteriya və virus hissəciklərinin kritik miqdarının olduğunu deyir:
"Yaşadığımız dünyada çox sayda kirləndirici maddə var. Orqanizmimiz onların ancaq bəlli miqdarına qarşı mübarizə apara bilir. Xəstə olmasanız belə, əllərinizi tez-tez yuyun. Bu, onlardan müdafiənin ən yaxşı üsuludur".
bbc.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !