İKZF Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürəcək -

İKZF Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat köçürəcək

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (Fond) dövlət başçısının 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul edib.

Fond koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəylik nümayiş etdirərək əmək haqqı fondundan 300 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !