Neftçalada mənzildə partlayış baş verib - -FOTO=4

Neftçalada mənzildə partlayış baş verib -FOTO=4

Neftçalada mənzildə partlayış baş verib.
Hadisə ötən gün axşam saatlarında Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə baş verib.
Qaz sızmasının səbəb olduğu partlayış nəticəsində ev sahibi üçüncü dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Partlayışın gücündən blokda yerləşən yeddi mənzilə və binanın qarşısında dayanan üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. AZƏRTAC

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !