Ağadadaş Qurbanov - 100 -

Ağadadaş Qurbanov - 100

Bu il dekabr ayının 20-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin xüsusi əmri və dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının sələflərindən biri, Xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.
Tədbirdə qüdrətli sənətkarın vaxtı ilə birgə çalışdığı teatr və kino xadimləri onunla bağlı xatirələrini bölüşəcək, çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcəkdir. Tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi Əməkdar artist Azər Mirzəyevdir. Təntənəli mərasimdə böyük sənətkarın hələ məktəbli ikən yaradıcılığa başladığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram və Musiqili Komediya Teatrlarının aktyorlarının iştirakı nəzərdə tutulmuşdur.
Onu da qeyd edək ki, Ağadadaş Qurbanovun yaradıcılıq yolu Dövlət Gənc Tamaşaçılar Teatrının yaranma tarixi ilə birgə başlamışdır.
Teatrın mətbuat xidməti