Muxtar respublika təbiətinin yeni qonaqları – flaminqolar - +FOTO=4

Muxtar respublika təbiətinin yeni “qonaqları”– flaminqolar +FOTO=4

Köçəri və nadir quş növü olan flaminqolar Naxçıvan Muxtar Respublikasında Araz çayının sahillərində məskunlaşmağa başlayıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, köçəri quş olan flaminqolar Afrikadan tutmuş Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıb. Bu quşlar Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Naxçıvanda isə bu ildən görünməyə başlayıblar. Ekoloqların fikrincə, bu, muxtar respublikada flora və faunanın qorunması, ətraf mühitə göstərilən diqqət nəticəsində mümkün olub.
Qeyd edək ki, ötən aylarda Naxçıvanda Kotamdağın ətəyində yeni bəbir ailəsi görüntülənib və fototələlərlə aparılan müşahidələr zamanı burada bəbirlərin yaşadığı məlum olub. Bundan əvvəl akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Soyuqdağ ərazisində və Babək rayonunun Dərəşam adlanan sahəsində aparılan tədqiqatlar nəticəsində də bəbir ailəsi aşkar edilib.
Bu məsələyə də diqqəti çəkən ekoloqlar hesab edirlər ki, muxtar respublikada ova qadağaların qoyulması təbiətdəki muflonların və bezoar keçilərinin sayının artmasına, bu ərazilərdə dünyanın nadir incilərindən sayılan bəbirlərin məskunlaşmasına və çoxalmasına səbəb olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !