Koronavirus epidemiyasının növbəti episentri ABŞ ola bilər - - ÜST-dən xəbərdarlıq +FOTO

Koronavirus epidemiyasının növbəti episentri ABŞ ola bilər - ÜST-dən xəbərdarlıq +FOTO

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-da koronavirusun yayılma sürətinə diqqət çəkərək, Birləşmiş Ştatların epidemiyanın yeni episentri ola biləcəyini bildirib.
Musavat.com xəbər verir ki. bu barədə “Reuters” agentliyi məlumat yayıb. ÜST nümayəndəsi Marqaret Harris jurnalistlərlə söhbətində Amerika qitəsinin şimal hissəsinin infeksiya xəstəliyinin mərkəzinə çevrilməsi potensialının yüksək olduğunu söyləyib.
Lakin rəsmi Vaşinqtonun hələ ki ölkə ərazisində hərəkətin məhdudlaşdırılması ilə bağlı hər hansı tədbir görülməyəcəyini bəyan edir. Buraya ştatlar arasında hava və quru əlaqəsini kəsilməsi də daxildir.
“Yox, heç bir vəchlə yox. Güman edirəm ki belə bir addımı atmayacağıq”-, deyə prezident Donald Tramp keçirdiyi mətbuat konfransında gəzən şayiələri təkzib edib. Ağ Evin rəhbəri bundan başqa Avropa xaricində Latın Amerikası, Yaxın Şərq və Asiyanın bir çox bölgələri ilə uçuşların yasaqlanması fikrinə müsbət yanaşmadığını söyləyib.Qeyd etmək lazımdır ki, bundan öncə Sent-Luisdəki Federal rezerv bankının prezidenti Ceyms Bullard koronavirusa görə, bu ilin ikinci rübündə ölkədə 30%-lik işsizliyin ola biləcəyini proqnozlaşdırdıqlarını deyib. Ötən həftənin bazar günü isə “Morgan Stanley” bankının ekspertləri amerikan iqtisadiyyatının yarım il ərzində 30% kiçiləcəyini gözlədiklərini açıqlayıblar.
Ayrı-ayrı ştatların rəhbərliyi isə daxildə virusla bağlı tədbirləri sərtləşdirirlər. Məsələn, Miçiqan qubernatoru Qrethen Uutmer “Stay Home, Stay Safe” (“Evdə qal, sağlam qal”) adlı sərəncam imzalayıb. Merilend qubernatoru Larri Hoqan isə vacib olmayan bütün kiçik müəssisələrin bağlanmasına qərar verib.
Musavat.com

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !