Gülağa Tənha - "Çörək həsrəti"

Gülağa Tənha "Çörək həsrəti"

Təngnəfəs bir zirvəyə gəlib yetişirsən, alnının tərini silib bir də görürsən yamacada ayaq yalın, baş açıq bir uşaq əl-qolu tikanlara bata - bata böyürtkən yığır. Bu mənzərə sənə tanış gəlir, əl eləyib yamacdakı uşağı səsləyirsən və cığırı göstərib yola davam edirsən...


Xeyriyyəçi - şair Gülağa Tənha internat məktəbinə səfər edir. Orda qarşılaşdığı mənzərə uzun illər xatirəsindən silinmir. Və bu mənzərə "Çörək həsrəti" şeirinin yaranmasına səbəb olur.

 


"ÇÖRƏK HƏSRƏTİ"

 

İnternatda düşüncələr

 

Vətən həsrətilə yaşamaq –
çətin,
Çörək həsrətini anmamışam mən.
Bu gün internatda – bayram günündə,
Çörək həsrətini anlamışam mən.
Bu fani dünyanın üzünə gülən,
Nə olar yolunu bu yerdən sala?
Saray ucaltdıran, qala tikdirən
Bir yol da onların qeydinə qala.
Vətən oğul deyər, millət əzizlər,
Kim olsa onların bu gün pənahı.
Ey vicdanı paklar, qəlbi təmizlər,
Axı körpələrin nədir günahı?
Bu məsum uşaqlar, suçsuz körpələr,
Bir daha çəkməsin çörək həsrəti.
Ata qübarına dönən dərdinin
Üstünə gəlməsin çörək həsrəti.


Gülağa Tənha (Qənbərov) Bakı, Uşaq evi, 18 mart 2003

 

 


Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #internat #məktəb #fikir #Bayram #Novruz
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !