Kürdəmirdə 23 yaşlı qız itkin düşdü - -FOTO=4

Kürdəmirdə 23 yaşlı qız itkin düşdü -FOTO=4

Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan 1997-ci il təvəllüdlü Həsənova Ülkər İntiqam qızı martın 17-də gecə saat 01:00-dan sonra Kürdəmir rayonu, Atakişili kəndində ailəsi ilə birgə yaşadığı evdən naməlum şəraitdə çıxaraq gedib.
Onun əlamətləri orta boylu, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyi, qara qaşlı olmasıdır.
Evdən çıxarkən əynində qırmızı rəngli jilet, qara rəngli, üzərində qırmızı xətlər olan idman şalvarı, qara rəngli idman ayaqqabısı, qara rəngli köynəyi olub.
Onu görənlərdən bu nömrələrlə əlaqə saxlaması xahiş olunur:
070 250 04 73
050 300 73 33
050 418 13 64
medianews.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !