Gənclər Fondunun fəaliyyəti ilə bağlı məlumatlar -

Gənclər Fondunun fəaliyyəti ilə bağlı məlumatlar

 Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Gənclər Fondu tərəfindən keçirilmiş 14-cü qrant müsabiqəsinin nəticələri aprel ayının sonuncu həftəsində açıqlanacaqdır.

Eyni zamanda, Gənclər Fondu tərəfindən hər il təşkil edilən Sosial Müdafiəyə Ehtiyacı olan İstedadlı Tələbələrin Təhsil Xərcinin qarşılanması üzrə Müsabiqəyə bu il may birinci yarısında start veriləcəkdir.

Fond fəaliyyətini onlayn qaydada davam etdirir və gənclər və gənclər təşkilatları ilə ünsiyyəti internet resursları vasitəsilə (sosial şəbəkə səhifələri, elektron-poçt, Fondun elektron-xidmətlər bölməsi və GəncApp mobil aplikasiyası) həyata keçirməkdədir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !