Ağcabədidə ahıl və tənha sakinlər qayğı ilə əhatə olunub - +FOTO=18 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə ahıl və tənha sakinlər qayğı ilə əhatə olunub +FOTO=18 (AZpress.AZ - Mais Ibrahimov)

 Ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunda ahıl və tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və aparatın əməkdaşları tənha və ahıl sakinlərə baş çəkilərək onlara ərzaq, həmçinin maska, spirt, əlcək və digər dizinfeksiyaedicilərdən ibarət bağlama təqdim edirlər. Yaşlı insanlara maarifləndirici söhbət aparılır, sağlamlıqlarının qorunması üçün evdə qalmaları, gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə edilir.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Rövşən Əhmədov yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb.
Milli Məclisin deputatı Tahir Rzayev Ağcabədi rayonunda və kəndlərində yaşayan sakinlərin evlərinə baş çəkərək onların həyat şəraiti və qayğıları ilə maraqlanıb. Bu ahıl insanlar Əli Məmmədov 91 yaş, Firuzə Əhmədova 85 yaş, Ağca Məhərrəmova 80 yaş, Gülüstan Atakişiyeva, Şövkət Mamedova, Bəsurə Hətəmovadır. Sakinlərə ərzaq və müxtəlif tibbi-gigiyenik vasitələr verilib.
Sakinlər görülən tədbirlərə, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !