Külli miqdarda siqaretlər aşkarlandı - VİDEO+FOTO=8

Külli miqdarda siqaretlər aşkarlandı VİDEO+FOTO=8

 Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz
yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının
realizə edilməsinin qarşısı alınıb.
   Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan
Respublikasının vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan
qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən,  Azərbaycan
Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün
məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.
   Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500
kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5041
karton qutu aşkar olunub.  Qutulara baxış keçirilən zaman  oradan Azərbaycan
Respublikasının aksiz markası ilə markalanmayan 924000  qutu  “Milano”, 983500
qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2” və  29000 qutu“Marlboro Gold
Edge” markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.
  Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !