Şəkili gənc bədii tikmə ustası izləyicilərə onlayn sərgisini təqdim edib - -FOTO=7

Şəkili gənc bədii tikmə ustası izləyicilərə onlayn sərgisini təqdim edib -FOTO=7

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkə ərazisində tətbiq edilən sosial karantin rejimi ilə əlaqədar, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulanlardan biri də şəkili gənc bədii tikmə ustası, Şəki şəhərindəki diyarşünaslıq klubunun direktoru Gülnar İsmiyevadır.
Şəki Regional Mədəniyyət İdarəsindən bildirilib ki, bədii tikmə ustasının sosial şəbəkə izləyicilərinə təqdim etdiyi onlayn sərgidə sənətkarın portret, miniatür, mənzərə və geyim janrlarında yaratdığı əl işlərindən ibarət kolleksiya nümayiş olunur. Onlayn sərgidə nümayiş etdirilən “Leyli və Məcnun”, “Yeddi gözəl”, “Xan sarayı”, “Buta”, “Nar” bədii tikmələri, həmçinin “Heydər Əliyev” tikmə portreti və digər sənət nümunələri xüsusilə diqqəti cəlb edir.
“Evdə qal, evdə yarat” təşəbbüsünə həvəslə qoşulan şəkili gənc bədii tikmə ustası onlayn təqdimatı ilə bütün yaradıcı insanları ölkədə tətbiq olunan karantin rejiminə ciddi riayət etməklə, öz yaradıcılıqlarını ev şəraitində davam etdirməyə və mədəniyyətimizi təbliğ etməyə səsləyir. +Foto-AZƏRTAC 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !