Afaq Bəşirqızı Mübariz Mənsimovla bağlı müraciət yaydı - -VİDEO

Afaq Bəşirqızı Mübariz Mənsimovla bağlı müraciət yaydı -VİDEO

Xalq artisti, görkəmli sənətkar Afaq Bəşirqızı Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı müraciət yayıb.
Afaq Bəşirqızının müraciətini təqdim edirik:
"Gözəl insan, vətənpərvər, xalqını sevən, əsl azərbaycanlı, Mübariz Qurban oğlu Mənsimovun həbsini eşidəndə həddindən ziyadə pis oldum. Ardınca isə Mübarizin yeməkdən və sudan imtina etdiyini eşidəndə böyük həyəcan keçirdim. Belə qərara gəldim ki, ilk olaraq Mübarizə müraciət edim.
Əziz qardaşım, möhkəm ol! Səni sevənlər çoxdur. Quru palçıq divara yapışmaz. Sənə atılan bu ləkə, heç vaxt sənə düşməyib və düşməyəcək də. Xalqın səninlədir. Səni çox sevirik. Möhkəm ol. Çox xahiş edirik ki, möhkəm olasan. Yəqin ki, bu günlərdə hətta yaxın saatlarda sənin günahsız olduğun sübut olunacaq. Mən buna əminəm. Sən yenə də öz xeyirxahlığına qayıdacaqsan. Bunu da bilirəm. Sən yenə də Azərbaycanı, xalqını fikirləşəcəksən. Və xalqına əlindən gələn köməyi edəcəksən.
Əziz həmvətənlərim! Mübariz kimi ağıllı, işgüzar, xalqını sevən bir insanı tək qoymayın. Ona öz məhəbbətinizi bildirin. Mübarizin bu dar saatlarda əzmini, qüdrətini möhkəmləndirin. Xalqın səsi dünyanın səsi deməkdir. Möhkəm ol, qardaşım. Çox tezliklə haqq öz yerini tapacaq. Sizlərdən bu işə biganə, soyuqqanlı qalmamağı, Mübarizə dəstək olmağı xahiş edirəm. Mübariz Qurbanoğluna dəstək olduğumuzu bildirək. Bizim dəstəyimiz Mübarizə qürur, qüvvət və əzm verəcək. Mən buna əminəm".
Əziz “Palmali Group” şirkəti! İndi siz böhran keçirirsiniz. Rəhbəriniz bütün insanlarlara yardım əlini, diqqətini, xeyirxahlığını, insanlığını nümayiş etdirdiyi kimi indi də biz sizə öz qayğılarımızı əsirgəmirik. Bizim qayğılarımız sizə olan hörmətimiz və diqqətimizdir. Hər şey yaxşı olacaq. Mübariz çox tezliklə sizin və bizim yanımıza qayıdacaq. Azərbaycan xalqının hər bir qeyrətli, yaxşı oğlunun qədrini bilmək bizim borcumuzdur.
Əziz ziyalılarım! Əziz xalqım! Mübariz Qurbanoğlu Mənsimovun günahsız olduğunu və bu dar gününündə ona dəstək olduğunuzu nümayiş etdirməyi sizdən xahiş edirəm. Çünki hər birimiz Mübarizin necə oğul, necə insan olduğunu bilirik. Bunu bütün Azərbaycan xalqı bilir". axşam.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !