Erməni katalikosu İliyanın Əmir əl Möminun Əbd əl-Malikə Aqvan kilsəsi haqqında məktubu -

Erməni katalikosu İliyanın Əmir əl Möminun Əbd əl-Malikə Aqvan kilsəsi haqqında məktubu

Hökmdar Əbd əl-Malik əl-Möminə erməni katalikosu İliyadan: Allahtaaladan buyruğu ilə bizim müti ölkəmiz üzərinə Sizə qulluq etmək və Avqanlarla birlikdə İsanın ilahiliyinə inanıb bir dində bulunmaq borcu qoyulmuşdur. Partavda oturan indiki Avqan katalikosu yunanların imperatoru ilə sözü bir yerə qoyub oxuduğu dualarda onun adını çəkir və ölkələrimizi onunla bir dində birləşməyə məcbur edir
Qoy bu hadisədən Sizin xəbəriniz olsun və bu hadisəyə siz biganə qalmayın, çünki, o (Aqvan katalikosu. –Red.), əyan bir qadınla əlbir hərəkət edir. Əmr edin, Sizin böyük hökmünüz ilə, Allaha qarşı işlədikləri günahlara uyğun olaraq onlara cəza verilsin.
Əmir əl-Mömin Əbd Malikin Ermən ikatalikosu İliyanın məktubuna cavabı
Mən sənin məktunubu oxudum, Allah bəndəsi olan İliya, erməni xalqını katalikosu sənə mərhəmət olaraq, öz sadiq nökərlərimdən birini çoxlu qoşunla göndərdim. Biz ona [əmr] etmişik ki, bizim ağalığımıza qarşı qiyama qalxmış Aqvanları sizin dini qanunlara tabe etsin‖. Bizim qul (yəni xəlifənin Albaniyaya göndərdiyi qoşun başçısı.-Red), bu hökmü Partavada sənin iştirakınla yerinə yetəcək: o, Nerseslə onun əlbir olduğu qadını bir zəncirlə cələkləyərək xəlifə sarayının qarşısına gətirəcəkdir ki, qoy onların [cəzası] bütün qiyamçılar üçün biabırçılığa çevrilməsin.
“Azərbaycan tarixi üzrə qaynaqlar (Bakı, 2007, Çıraq)” kitabından
1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !