Rəhman Orxan təqdim edir: - Şəki rəhbərliyi nə işlə məşğuldur? (FOTO=8)

Rəhman Orxan təqdim edir: Şəki rəhbərliyi nə işlə məşğuldur? (FOTO=8)

Azərbaycanın sosial baxımdan ən "uğursuz", unudulmuş, bərbad kəndləri...
Şəkinin vaxtilə taxılçılıqla məşğul olan Sarıca kəndində hər ailə üzvünə 2,97 hektar torpaq payı verilmişdi. Sonralar Bələdiyyə hesabında saxlanılmış torpaq fondundan hər bir kəndiyə daha 2 hektar da torpaq verildi ki, camaat taxıl əkib-becərsin, dolanışığını qura bilsin. Lakin həmin kənddən və kənar kənddən olan "mülkədarlar" sözü bir yerə qoyub, birləşərək və rayon rəhbərliyi ilə "dil taparaq", həmin 2 hektarı əsl kəndlinin əlindən alaraq, 4-5 nəfər özləri arasında hərəyə 200-300 hektar və daha çox olmaqla bölüşdürüb, "ağalıq" etməyə başladılar. Artıq neçə ildir ki, yerli və kənardan gələn "hampalar" milyonlar qazanır (neçə-neçə kasıb kəndçinin ehtiyac içində yaşamasından da sui-istifadə edərək, onların da pay torpaqlarını "su qiymətinə" alaraq, fırıldaqla ələ keçirdikləri torpaqların gözünə qatmışlar), kəndli ailələri isə 5-10 hektar torpağın ümidinə qalmışlar.
Acınacaqlı hal həm də odur ki, bu "reforma"nın kəndə heç bir faydası yoxdur - hampalar, mülkədarlar milyonlar qazansalar da, yerli Bələdiyyə "kasıbçılığında" davam edir. Bugünədək kəndin nə mədəniyyət evi - klubu var, nə kitabxanası, nə də məxsusi uşaq baxçası. Bələdiyyənin özü köhnə idarə binasında (vaxtilə uşaqların əlindən alınmış uşaq baxçasında), orta məktəb isə 1970-90-cı illərdə fəaliyyət göstərmiş "yeni" uşaq baxçasının "uyğunlaşdıırılmış" binasında yerləşir (cəmi 5-6 sinif otağı var, dərslər iki növbədə keçilir). İndiki məktəb binasından köhnə 4 illik ibtidai məktəbin qəzalı vəziyyətdə olan binasına köçürülən dilsiz-ağızsız uşaqların həyatı isə iki il əvvəl baş vermiş zəlzələ zamanı az qala təhlükə altında qalmışdı. O vaxtdan "uşaq baxçası" ala-babat bir yaşayış binasına köçürülmüşdür. Bu qədər vaxt keçməsinə baxmayaraq, deyəsən, nə rayon rəhbərliyi, nə də heç bir təşəbbüsü ilə kəndin abadlıq qayğısına qalmayan Bələdiyyə "komandası" yeni uşaq baxçası tikmək barədə düşünmür, uşaqlara görə qətiyyən narahat olmurlar.
Kənd klubu barədə isə heç danışmağa dəymrəz. Sovetlər dövründən - 60-cı illərdən qalmış köhnə kənd mağazasının içərisinə 30-35 sınıq-salxq stul və stol qoymaqla oranı "müasir" kənd klubuna çevirən (utanmaz-utanmaz da lövhədə yazıblar: "diyarşünasıq klubu". Diyarşünaslıqdan orda bir nümunə də yoxdur. Əslində "divarşünaslıq" klubu"dur. Ancaq quru divarlar var, vəssalam!) rayon Mədəniyyət şöbəsi və yerli Bələdiyyə bununla da öz "missiyalarını" bitirmiş hesab ediblər. Bugünədək də orda, eni-uzunun 5-6 metr olan "mağazada" kənd miqyasında heç bir mühüm tədbir keçirtmək mümkün deyilə. Rayon rəhbərliyi yalnız Şəki şəhərinin özündə beynəlxalq festivallar, digər tədbirlər keçirtməklə kəndlərin qayğılarını, prioblemlərini arxa planda, kölgədə saxlamaqla məşğuldur.
Kəndin yolları da tamam bərbad gündədir, 40-50 ildir ki, yollar asfaltlanmayıb (bəlkə də saxta sənədlərlə "asfaltlanıb", pullar isə "yeyilib"). Kəndin bir hissəsinə su verilsə də, köhnə hissəsində camaat susuzluqdan əziyyət çəkir, bağ-bostan becərə bilmir. Yay aylarında isə kəndin bəzi sakinləri həyətlərinə suyu "od qiymətinə" su maşınları ilə gətirtmək məcburiyyətində qalırlar.
Bir sözlə, Sarıca kəndi böyük sürətlə inkişaf edən, abadlaşan Azərbaycanın sosial baxımdan ən "uğursuz", talesiz, unudulmuş bərbad
kəndidir.
(Şəki rayon rəhbərliyinin Sarıca, eləcə də qonşu Turan, Qayabaşı, Cəyirli kəndlərinə, onların böyüklü-kiçikli əhalisinə laqeydliyi və s. haqqında tutarlı, acınacaqlı faktlara əsaslanan material yaxın günlərdə qəzet və saytlarda dərc ediləcəkdir).
http://birlik.az/index.php?do=xeber&id=38083 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !