Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər -

Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər

 Dünyada sürətlə yayılmaqda olan yeni növ COVİD-19 virusunun ölkəmiz üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının göstərişi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Gənclər Fondu da virtual platformalar və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, mövcud karantin şəraitində onların asudə vaxtının səmərəli təşkili, o cümlədən gənclərin fərdi inkişafı üçün intelektual, əyləncəli və faydalı kontentin təqdim olunması məqsədilə tədbirləri davam etdirir.

Bununla yanaşı, Azərbaycan Respublikası Gənclər Fondunun aparatının və Fondun nəzdindəki “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşları bir aylıq əmək haqlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !