Rəhman Orxan təqdim edir: - - Tarixdən sədalar

Rəhman Orxan təqdim edir: - Tarixdən sədalar

Azərbaycanın dahi oğlu N.Nərimanov böyük sərkərdə Atatürkə 10 milyon qızıl rus pulu və 500 kiloqram (!) qızıl göndərmişdi.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Leninlə yazışması və ondan məsləhətlər alması çoxlarına bəllidir. Amma çox az adam bilir ki, Azərbaycan sosialist lideri, maarifçi və yazıçı Nəriman Nərimanov Atatürkə bəzi məqamlarda böyük dəstək nümayiş etdirib. Zaman-zaman Türkiyə mətbuatında işıq üzü görmüş bəzi faktlar düşünürük ki, oxucuların da marağına səbəb olacaq.
1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.
Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə uzanıb.
Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan böyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik” yazıb və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərdiyini bildiririb.
Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəçiliyi götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi.
Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində döyüş içində olan ölkənin vəziyyəti xeyli düzəlmişdi. 1921-ci il mart ayının 23-də Azərbaycan hökuməti könüllü şəkildə Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib.
Nərimanov Mustafa Kamal Paşaya yazdığı məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik”
Zivər AY
1921-ci ildə TÜRKİYƏYƏ N.Nərimanovun (Azərbaycanın!) qızılla, qızıl rubllarla və neft məhsulları ilə yardımı
Türkiyə üçün çox ağır olan 1921-ci ildə xalqımızın dahi oğlu Nəriman Nərimanovun göstərişi ilə Ankaraya 500 kiloqram qızıl, daha sonra isə Azərbaycan hökuməti tərəfindən Rusiyadan alınan on milyon qızıl rubl göndərilmişdi.
(Doğan Avcıoğlu. "Milli qurtuluş tarixi". cild 3, səh. 438)
Azərbaycan hökuməti Türkiyə Böyük Millət Məclisinin, Türkiyə hökumətinin tələbi olmadan Ankaraya 30 sistern neft, 2 sistern benzin və 8 sistern yağ göndərdi. Bütün bu yardımlar savaş içərisindəki Türkiyəyə böyük dəstək oldu. Xüsusən savaş boyunca neftlə bağlı heç bir sıxıntı çəkilmədi.
----------------------------------------------------------
Nərimanov Atatürkə 23 mart 1921-ci il tarixli məktubunda TBMM hökumətini, onun başçısını və qəhrəman Türk ordusunu təbrik edərək yazmışdı:
“Paşam! Türk millətində bir ənənə vardır: qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşın əlindən tutar. Biz qardaş xalqlarıq, hər zaman və bütün vəziyyətlərdə bir-birimizin əlindən tutacağıq, bü gün etdiyimiz də bir qardaşın etdiyindən başqa bir şey deyildir. Nərimanov.”
(Doğan Avcıoğlu. "Milli qurtuluş tarixi". cild 3, səh. 438) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !