Masallı rayonda dezinfeksiya işləri davam etdirilir - +FOTO=4 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallı rayonda dezinfeksiya işləri davam etdirilir +FOTO=4 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallı Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən operativ qərargahın göstərişinə əsasən rayon ərazisində dezinfeksiya tədbirləri davam etdirilir.
Masallı rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Masallı rayon İcra hakimiyyətində fəaliyyət göstərən operativ qərargahın göstərişinə əsasən növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.
Masallı şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və giriş blokları, insanların kompakt toplaşdığı 20 Yanvar küçəsi, köhnə bazar ərazisi, Kapital Bankın Masallı filialının ətrafı yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya olunmuşdur. Həmçinin Masallı şəhərində yerləşən 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində, “Aqroservis”in rayon şöbəsində və rayon Təhsil şöbəsində təkrar dezinfeksiya işləri aparılmışdır.
Dezinfeksiya işləri rayonun qəsəbə və kəndlərində də davam etdirilmişdir. Belə ki, Ərkivan, Boradigah qəsəbələri ilə yanaşı Xıl kəndində 10, Musaküçə kəndində isə 16 ictimai binada dezinfeksiya işləri aparılmışdır.
Sonra Göyəçöl və Lürən kəndlərinin ərazisində yerləşən yaşayış evləri, habelə iaşə obyektlərində, ərzaq mağazalarında dezinfeksiya tədbirləri həyata keçirilmişdir. Hazırda rayon mərkəzində və kəndlərdə dezinfeksiya işləri davam etdirilir.
Əlihüseyn Şükürov.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !