Lənkəranın İcra başçısı karantin rejiminin tələblərinin icrası vəziyyəti ilə tanış olub - +FOTO=8 (AZpress.AZ - Ağaddin Babayev)

Lənkəranın İcra başçısı karantin rejiminin tələblərinin icrası vəziyyəti ilə tanış olub +FOTO=8 (AZpress.AZ - Ağaddin Babayev)

Koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Lənkəran şəhərində və bütövlükdə rayon ərazisində təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etdirilməkdədir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin park və bağlarını gəzib, sakinlərə çağırış edərək onlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyi və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edib.
Əhalinin maarifləndirilməsi məqsədilə Şəhər İcra Hakimiyyəti aparatının, İnzibati Ərazi Dairələri nümayəndəliklərinin, bələdiyyələrin, polis orqanlarının və digər qrumların nümayəndələrindən ibarət yaradılmış 750 nəfərlik mobil qrupun bir qrup üzvu ilə görüşən İcra başçısı onlara bir daha əhali arasında fərdi qaydada izahetmə işlərini gücləndirməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
İcra başçısı həmçinin şəhər ərazisində çoxmənzilli yaşayış evlərində, binaların ümumi istifadə yerlərində, girişlərində, pilləkən və həyətlərində məişət tullantılarının atıldığı konteyner meydançalarında, küçə və prospektlərdə, parklarda, avtobus dayanacaqlarında həyata keçirilən dezinfeksiya tədbirləri ilə də tanış olub, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !