Gülağa Tənha - Aprel

Gülağa Tənha Aprel

Azpress.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın "Qarabağ" qəzəlini təqdim edərək Azərbaycan torpağının müqəddəsliyini və şəhidlərimizin xatirəsini hörmətlə yad edir.


          2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə dörd gün davam etdi və Azərbaycanın qələbəsi ilə nəticələndi. Hər döyüşün bir qalibi var, sanki 1993 - ci ildən bu yana dayanmış münaqişənin rəqibləri illər sonra güclərini yoxladılar, Ermənistan nə qədər gücsüz olduğunu anlayıb geri çəkilərək, susdu. Biz yenə də sülhun tərəfdarı olduğumuzu xatırlatdıq... Həmin döyüşdə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

 

 

         Bu gün həm də qızıl yataqlarımızın məskəni olan gözəl Kəlbəcərdən ayrı düşdüyümüz gündür. O zaman mərd oğullarımızdan savayı bu gün ki, ordumuz yox idi və nəticədə 1993 - cü ilin mart ayının 23 - dən aprel ayının 3- dək düşman qüvvələri ilə mühasirə şəraitində gedən gərgin döyüşlərdə 450 dən çox itki vermiş və 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşduq. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

 

 

 


Qəzəl: Gülağa Tənha (Qənbərov)
Şur – Şahnaz təsnifi, ifa edir: Xalq artisti Mənsum İbrahimov

 

 

* * *

Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.

Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.

Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.

Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.

Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.

Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.

Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.

 

Moskva, 5 yanvar 1998

 

 

 


Videoçarx Gülağa Tənhanın 5 cildlik kitablarının təqdimat mərasimindən götürülmüşdür.

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qənbərov #Qenberov #гюльага #гамбаров #ганбаров #Тенха

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !