Gülağa Tənha - "Xəzər" ilk dəfə

Gülağa Tənha "Xəzər" ilk dəfə

Azpress.az - saytı bu gündən etibarən xeyriyyəçi - şair Gülağa Tənhanın 5 cildlik kitab təqdimatında iştirak edən sənət adamlarının silsilə çıxışlarını təqdim edəcəkdir. Xatırlatmaq üçün qeyd edirik ki, Gülaga Məmi oğlu Qənbərov 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbsində anadan olub.
Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq üzrə fəlsəfə doktorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülaga Qənbərov Fondu”nun prezidentidir.
Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Gülağa Tənhanın şeirləri ilə bərabər yaradıcılığına müraciət etmiş bəstəkarların mahnıları da cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.

 


söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Ramiz Mirişli
ifa: Xalq artisti Azər Zeynalov

 

 


XƏZƏR

 


Vətənim dağlar, dərələr,
Bir də mavi Xəzərdi.
Oylağım küləkli düzlər,
Pıçıldaşan ləpələrdi.
Bəzən sakit mürgü vurur,
Bəzən şahə qalxır Xəzər.
Gah mışıl-mışıl uyuyur,
Gah şimşəktək çaxır Xəzər.
Abşeronun nəfəsidi,
Onun xəzri, gilavarı.
Həzin sevgi nəğməsidi
Layla çalan dalğaları.
Aylı, ulduzlu gecələr
Bir çilçıraq olar Xəzər.
Sirli nağıla çevrilər,
Yuxulara dolar Xəzər.


Bakı, 1993

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !