Binəqədidə ötən ilin dekabrında aptekdə satıcı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - - VİDEO+FOTO=2

Binəqədidə ötən ilin dekabrında aptekdə satıcı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO+FOTO=2

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində apteklərdən birində satıcı işləyən qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.
Həmin vaxt naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin “LG” markalı mobil telefonunu götürüb hadisə yerindən yayınıb. Əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub. O, telefonu ələ keçirəndən sonra metronun 20 Yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə 35 manata satdığını bildirib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi Rayon Polis İdarəsinə və ya 5-ci Polis Bölməsinə müraciət edə bilərlər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !