Astarada narkotik maddə satan şəxs iş başında tutulub -

Astarada narkotik maddə satan şəxs “iş başında” tutulub

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram tiryəki satarkən Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram tiryək, 447 ədəd narkotik tərkibli metadon həb, 35 qram metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !