Ağcabədidə çiyid səpininə start verilib - +FOTO=18 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə çiyid səpininə start verilib +FOTO=18 (AZpress.AZ - Mais Ibrahimov)

Respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə başlayıblar.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb və həmin sahələrdə çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilir.
Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynovun iştirakı ilə ilk səpin Pərioğlular kəndində həyata keçirilib. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün artıq texnikalar hazır vəziyyətə gətirilib.
Səpin işlərinin 15-20 gün müddətində başa çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !