Gülağa Tənha - SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…

Gülağa Tənha SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…

          Söz verdiyimiz kimi xeyriyyəçi - şair Gülağa Tənhanın 5 cildlik kitablarının təqdimat mərasimindən silsilə çıxışları təqdim edirik. Növbəti çıxışçını təqdim etməzdən əvvəl aparıcı Emil Şəhzadə şairin qürbətdə yaşamasına baxmayaraq Azərbaycan incəsənətinə, mədəniyyətinə daim biganə qalmadığını bildirir: O səbəbdəndir ki, dəfələrlə şeir və mahnı müsabiqəsi keçirdib, bu müsabiqələrdə əsas məqsəd istedadlı Azərbaycan gənclərini üzə çxardaraq tanıtmaq və dəstək olmaqdır. Həmin şeir müsabiqələrinin qaliblərindən biri də qiraətçi Azər Abdullayevdir. 

 

Söz; Gülağa Tənha (Qənbərov)
ifa: Azər Abdullayev

 


SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…


Sevdiyimiz yaz nəğməsi oxunanda,
Ürəyimiz əzabları dərd etmədi.
Nəfəsimiz bir-birinə toxunanda
Zaman nədir, məkan nədir –
fərq etmədi.

Gəmilərtək qarşılaşdıq bir limanda,
Qoşalaşıb yelkən açdıq bir ümmanda,
Sən nə etdin? –
Sevgi qəlbə sığmayanda
Həsrət mənim ümidimi qərq etmədi?

Bir ümid ver ovunmayan qəmim üçün,
Şah pərdədə haray çəkən simim üçün.
Bir nəğmə var – sənin üçün, mənim üçün,
Nə yaxşı ki, onu yadlar eşitmədi.

Çiçək açdı, yarpaq tökdü sevgi bağı,
Yer süpürdü son baharın qaş-qabağı…
Ay insafsız, sinəmizdən sevgi dağı,
Sən də getdin, mən də getdim, o getmədi…



Sentyabr, 2003

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !