Binəqədi rayonunda evdən pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb -

Binəqədi rayonunda evdən pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !